27.01.2014. - "Borussiya Dortmund" ilə Polşa yığması şokda

27.01.2014. - "Borussiya Dortmund" ilə Polşa yığması şokda Bundesliqada "Auqsburq"la matçda sağ dizindən zədələnən "Borussiya"nın futbolçusu Yakub Blaşikovskinin son durumu bəlli olub.

Pressinq.az-ın Qol.Az-ın klubunun saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən polşalı hücumçunun zədəsi ciddidir. Əməliyyat olunacaq yarımmüdafiəçinin mövsümü erkən başa vurduğu açıqlanıb.

Qeyd edək ki, bununla da Dortmund klubunda zədəli futbolçuların sayı 4-ə yüksəlib. Komandada İlkay Gündoğan, Mats Hummels və Neven Subotiç də matçlarda iştirak edə bilmirlər.






Fikirlər