ALİ Məhkəmənin SƏDRİ: Bankların müştərilərə yalnız dollarla KREDİT təklif etməsi insan hüquqlarına ziddir

"Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir".

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır: "Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir".(report)






Fikirlər