SABİQ DEPUTATIN BANKINDA CİDDİ DƏYİŞİKLİKLƏR - Rəhbərlik yenilənir

1443070890_agbank30

“AGBank” ASC-nin rəhbərliyində dəyişiklik olub. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar səhmdarların ümumi yığıncağında qəbul olunub.

İclasın sonunda keçirilən səsvermə nəticəsində bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib. Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçiliblər.

İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edilib.

Məlumatda o da qeyd edilib ki, yaxın gələcəkdə bankın strukturunda əlavə dəyişikliklər gözlənilir. (APA)

Qeyd edək ki, “AGBank” ASC-nin ən böyük səhmdarı keçmiş deputat Çingiz Əsədullayev olsa da, bu bankın faktiki sahibi kimi keçmiş MTN naziri Eldar Mahmudovun adı çəkilir. “AGBank” ASC-nin adı MTN-lə bağlı işlərdə qırmızı xəttlə keçirdi.
Elə son parlament seçkisində Çingiz Əsədullayevin mandat ala bilməməsi də bununla bağlanır. Onun əvvələr deputat olduğu 90 saylı Ağdaş seçki dairəsində nəticələr son anda ləğv edildi ki, bunun “MTN işi” ilə bağlı olduğu istisna edilmir.
Düzdür, bankın mətbuat xidməti, eləcə də Çingiz Əsədullayevin özü bu ittihamları təkzib edib. “AGBank”dan mətbuata bildirilib ki, Eldar Mahmudovla Çingiz Əsədullayevin heç bir qohumluq əlaqələri yoxdur və sabiq MTN şefini bu bankla heç nə bağlamır.

Ancaq istisna deyil ki, bankın rəhbərliyindəki dəyişikliklər faktiki sahibinin dəyişməsi ilə bağlıdır.






Fikirlər