«55 MANATA DOLANMALI İDİLƏR» - Pensiyaçılara kredit qadağasının səbəbi açıqlandı

1461445146600239822_554x360

Maliyyə bazarlarına Nəzarət Palatasının rəhbərliyi pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərini açıqlayıb.

Fins.az ANS TV-yə istinadən xəbər verir ki, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının sözlərinə görə, söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir:«Bu sadəcə kredit portfelində pensiaçıların sayı çox olan banklara edilən tövsiyədir».

Palata rəhbərinin sözlərinə görə, aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manat təşkil edir. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz güzəranı sual doğurur: «Bu o deməkdir ki, hər bir pensiyaçı hər ay qazancının təxminən 67-68 faizini borc müqabilində banka ödəməlidir, və 55 manatla özünü təmin eləməlidir. Artıq bəllidir ki, 55 manat insanın 1 ay ərzində yaşaması üçün yetərli deyil».

Digər tərəfdən Palatanın araşdırmaları göstərib ki, pensiyaçılar kreditləri çox vaxt özlərinin yox, yaxınlarının ehtiyacı üçün alırlar. Onlar isə ödəniş etmədikcə borc avtomatik olaraq pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir.

 






Fikirlər