Dünya iqtisadiyyatı bu səbəbdən hər il 2 trilyon dollar itirir — ŞOK HESABAT

Dünya iqtisadiyyatı bu səbəbdən hər il 2 trilyon dollar itirir — ŞOK HESABAT

Beynəlxalaq Valyuta Fondu növbəti hesabatını dərc edib.

Ölkə.Az xəbər verir ki, qurumun rəhbəri Kristin Laqard bu haqda açıqlama verib.

Beynəlxalq Valyuta Fondunun monitorinq qrupunun apardığı araşdırmalar zamanı ortaya çıxan rəqəmlər hər kəsi şoka salıb. Qrupun araşdırmaları nəticəsində məlum olub ki, dünya miqyasında hər il 1,5-2 trilyon dollar həcmində pul korrupsiya nəticəsində iqtisadiyyatdan oğurlanaraq mənimsənilir.

Bu məbləğin dünyanın ümumi daxili məhsulunun (ÜDM) 2%-ni təşkil etdiyi bildirir və qlobal "gölgə iqtisadiyyatı"nın həcmini bir daha gözlər önünə sərir.

Qeyd edək ki, hələlik Beynəlxalq Valyuta Fondu bu pulların hansı ölkələrin iqtisadiyyatından oğurlandığı haqdakı məlumatı gizli saxlayır. Hesabatın bu hissəsinin yaxınlarda dərc olunacağı gözlənilir.






Fikirlər