Dolların qiyməti 1,60 manatı keçdi... SOS!!!

Bakıda ABŞ dollarının satış məzənnəsi 1,6 manatı keçib.

Fins.az xəbər verir ki, dolların məzənnəsi öyrənilən 37 bankdan cəmi 5-də dollar 1,6 manatdan ucuz satılır.

Bəzi banklarda isə dolların satış qiyməti 1,6 manatdan da yüksəkdir. Bunlar “Amrahbank”, “Yapı Kredi Bank” və başqalarıdır.

*   *   *10:20

Azərbaycan Mərkəzi Bankı 30 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan virtualaz.org-a verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,5394 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,7090 manatdır.






Fikirlər