29.05.2014. - 100 minlik nömrənin sahibi danışdı

29.05.2014. - 100 minlik nömrənin sahibi danışdıBakcell özünü reklam edir, bu nömrəni nə satıblar, nə də almışam”.
Yerli mətbuatda yayılan məlumatlara görə, Azərbaycanda ən bahalı mobil telefon nömrəsi artıq satılıb. 055 666 66 66 nömrəsinin nə az nə çox düz 100 min manata satıldığı bildirilir.

AzVision.az-ın əməkdaşı həmin nömrəyə zəng edərək məlumatı dəqiqləşdirmək istəyib. Zəngimizə cavab verən nömrənin sahibi xəbərləri yalanlayaraq 055 666 66 66 nömrəsini çoxdan istifadə etdiyini, satın almadığını deyib.

“Bu nömrəni mən neçə illərdir işlədirəm. Heç kimə satmamışam, nə də satmaq niyyətim var. Bakcell özünü reklam eləmək üçün bu addımı atıb. Mətbuatda yayılan xəbərləri oxumuşam. Şişirdirlər. Mən bu neçə illərdir işlədirəm”-deyə həmin nömrənin sahibi qeyd edib.

Kimliyini öyrənmək istəsək də sözügedən nömrənin sahibi özünü təqdim etməkdən imtina edib.

“Ad, soyadımı bilmək istəyirsinizsə Bakcell-ə müraciət edə bilərsiniz”.

Qeyd edək ki, bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha - "666-66-66" - nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir və 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb.


Mirvari Nəcəf






Fikirlər