“Kapital Bank”ın rəhbərliyində yeni TƏYİNATLAR

kapital-bank

“Kapital Bank” ASC-nin rəhbərliyində yeni təyinatlar olub. 

“APA-Economics” xəbər verir ki, bankın İdarə Heyəti sədrinin müavini, baş əməliyyat inzibatçısı Fərid Hüseynov İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Həmçinin Nahid Zeynalov İdarə Heyəti sədrinin müavini, baş informasiya inzibatçısı vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, “Kapital Bank”ın İdarə Heyəti sədrinin sabiq birinci müavini Fərid Məmmədov “PAŞA Holdinq” MMC-nin Biznes Qrupu üzrə direktoru və holdinqin icraçı direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirir.

 






Fikirlər