11.09.2014- Məmur oğlundan Baş nazirə şikayət - MÜRACİƏT

11.09.2014- Məmur oğlundan Baş nazirə şikayət - MÜRACİƏTBu barədə məlumat verən vəkilin sözlərinə görə, müraciətə səbəb Dövlət Gömrük Komitəsinə ünvanladığı ərizələrə etinasizlıq göstərilməsi, qurum əməkdaşlarının üzərlərinə düşən vəzifənin öhdəsindən gəlməmələridir: “Bu il mayın 26-da Gömrük Komitəsinə ərizəylə müraciət etdim. Bildirdim ki, Azərbaycan ərazisində "Home Art Sales Servies AG" brendi üzrə malların yayılmasına müstəsna hüququ olan "Zapter İnternational Tradinq Holdinq AG" şirkətinin ölkəmizdə yeganə və qanuni nümayəndəliyi "Zepter İnternational"MMC-dir. Ondan başqa şirkətlərin "Home Art Sales Servies AG" brendi üzrə malları, eləcə də əhəmiyyətli dərəcədə oxşarı olan saxta malların ölkə ərazisinə buraxılışının dayandırılması haqqında qərar qəbul edilsin. Ancaq qurum müraciətə etinasızlıq göstərib”.

Müraciətlərə cavablar vəkili qane etmədiyindən K.Nəsibov Gömrük Komitəsindən Baş nazirə şikayətlənib. Vəkilin sözlərinə görə, Apellyasiya məhkəməsi "Zapter"in adından haqsız istifadə edən və saxta malların satılmasına cavabdeh olan "Royal Style LTD" MMC-nin bu işə son qoyması və 350 manat hüququ xidmətə görə xərcin tutulması barədə qətnamə qəbul edib. Ancaq qətnamənin qəbulundan 1 ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh "Royal Style"nin təsisçisi olan eyni ailənin üzvləri bu dəfə başqa adla yeni MMC yaradaraq fəaliyyəti davam etdirib. Bu dəfə "Royal"ın sahibi olan Nailə Fikrətqızının oğlu Qalib Cümşüdlünün adına yeni MMC qeydiyyatdan keçirilib.

Q.Cümşüdlünün atasının Xarici İşlər Nazirliyinin əməkdaşı olduğu da bildirilir. Vəkil qeyd edir ki, “Zapter”in mallarına əhəmiyyətli dərəcədə bənzəyən saxta mallar şəhərin müxtəlif yerlərində, Sədərək və Binə bazarlarında satılır: “Normal bazar qiyməti 800-900 və hətta daha baha olan bu mallar şəhərdə müxtəlif yerlərdə hətta 50 manata təklif edilir. Həmin saxta mallar insan orqanizmi üçün ziyanlıdır. Ancaq onların ölkəyə idxalının qarşısı alınmır”.

Elnarə ƏLOSMANQIZI






Fikirlər