Nazirlik bu texnikaları satışa ÇIXARIR

Kənd Təsərrüfatı Nazirliyi balansında olan bir sıra texnikanı satışa çıxarır.

Axar.az xəbər verir ki, nazirliyin rayon bölmə texnikasının özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi 21 noyabr tarixində hərrac təşkil edəcək.

Hərracda Kənd Təsərrüfatı Nazirliyi Aqrolizinq ASC-nin Quba, Biləsuvar, Ağcabədi və İmişli rayonlarında istifadə edilmiş müxtəlif texniki avadanlıqları özəlləşdiriləcək. Özəlləşdirməyə təqdim edilən 19 texniki avadanlıqdan əksəriyyəti traktordur. Digər texnika isə taxılyığan və taxılsəpən kombaynlar, çalaqazan, ot dırmığı, ot biçənlərdir. Bu texniki avadanlıqların qiyməti isə 20.154 manatla 256 manat arasında dəyişir.






Fikirlər