Şəhid ailəsindən Beynəlxalq Bankın filial müdirinə yeni ittihamlar – “Mən polisə müraciət etdim, amma…”

Şəhid ailəsindən Beynəlxalq Bankın filial müdirinə yeni ittihamlar – “Mən polisə müraciət etdim, amma…” Həyat yoldaşı 20 aprel 1994-cü il tarixdə Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olan Ucar rayonu Bağman kənd sakini Kərimova Gülabatın Müseyib qızı “AzPolitika.info” saytına növbəti şikayət məktubunu göndərib.

Xatırladaq ki, birinci şikayət məktubunda G.Kərimova Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariyel Niftəliyevi ittiham etmişdi. Onun sözlərinə görə, şəhid ailəsi olduğu üçün hər ay ona dövlət tərəfindən verilən 200 manat müavinəti oğluma toy etmək niyyətilə 7 ay götürməyib: “Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariyel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb, buna görə bankomat kartları dəyişdirilir. Mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı.
23 noyabr 2014-cü il tarixdə çağırıb kartımı özümə verdi. Kartı bankomata salıb yoxladıqda, məlum oldu ki, may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin, yoxlayanda o da məlum oldu ki, həmin kartdır, heç bir kod dəyişikliyi olmayıb.
Beynəlxalq Bankın Ucar filalının müdiri Tariyel Niftəliyev bildirdi ki, biz pul götürməmişik, hətta utanmadan mənə qışqırdı da. Bu cinayət əməlidir. Ancaq Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Niftəliyev qışqırıb məni borclu, özünü isə haqlı sayır”.


Şəhid ailəsindən Beynəlxalq Bankın filial müdirinə yeni ittihamlar – “Mən polisə müraciət etdim, amma…” G.Kərimova bu şikayətindən sonra Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev açıqlama verərək bildirib ki, Gülabatın Kərimovanın kartından son 7 ayda mütəmadi olaraq hər ay 200 manat pul çıxarılıb.
O, Gülabatın Kərimovaya məxsus kartın dəyişdirildiyini də təsdiqləyib: “Bu ilin oktyabr ayında Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Kərimova Gülabatın Müseyb qızına məxsus kartın bloklanması və təkrar kart sifarişi barədə banka rəsmi müraciət daxil olub. Sifariş yerinə yetirilib. 27 oktyabr 2014-cü il tarixdə Gülabatın Kərimova şəxsiyyətini təsdiq edən sənədlə banka gəlib və ona aid olan yeni kartı qeydiyyat kitabına imza ataraq götürüb”

R.Ağayev bildirib ki, şikayətçi G.Kərimova ona məxsus vəsaitin kim tərəfindən bankomatdan çıxarıldığını və ona vurulan maddi ziyanın kim tərəfindən törədildiyini bilmək istəyirsə, mütləq inzibati orqanlara müraciət etməlidir.

Beynəlxalq Bankın rəsmisinin bu açıqlamasından sonra G.Kərimova hüquq-mühafizə orqanlarına müraciət edib. Bu barədə o, “AzPolitika.info” saytına göndərdiyi məktubda məlumat verib: ” Azərbaycan Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Niftəliyevin mənim pensiya kartımdan 1400 manat pulu çıxarması faktı artıq təsdiqini tapmaqdadır. Bu barədə mətbuat vasitəsi ilə etdiyim müraciətimə cavab olaraq Beynəlxalq Bankın mətbuat xidmətindən verilən açıqlamada qeyd edildi ki, vətəndaş buna görə hüquq-mühafizə orqanına müraciət etsin. Ona məxsus pensiyanı bankomatdan çıxaran şəxsin foto robotla çəkilmiş şəkillərini həmin orqana təqdim edəcəyik.
Mən Ucar Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim. Şikayətimi Ucar RPŞ-nın müstəntiqi Rövşən Mirəliyev araşdırır. Ancaq ABB-nin Ucar filialının müdiri Tariyel Niftəliyev cinayətin izini itirmək üçün mənim köhnə bankomat kartımı müstəntiqə təqdim etmir. Yalandan kartı mənə verdiyini deyir. Bu adamın mənə məxsus 1400 manat pensiya pulumu mənimsəməsini bilirdim. Buna görə də mətbuat vasitəsilə müraciət edib qanunu tədbirlər görülməsini xahiş etmişdim.
Tariyel Niftəliyev öz əməlləri ilə məni də, Beynəlxalq Bankın rəhbərliyini də aldadıb. O, özünü alicənab adam kimi aparıb şəhid ailəsinə məxsus pulu mənimsəyib, indi də yalan məlumatlar verməklə hamını aldadır. Bu boyda haqsızlıq olmaz, artıq 2 aydır ki, bizi süründürməçiliyə məruz qoyub. Hələ bu Ucar bələdiyyəsinə seçilmək üçün namizədliyini də verib”.


Şəhid ailəsindən Beynəlxalq Bankın filial müdirinə yeni ittihamlar – “Mən polisə müraciət etdim, amma…”Gülabatın Kərimova Beynəlxalq Bankın rəhbərliyindən şəhid ailəsinə qarşı edilən bu özbaşınalığa son qoyuınmasını tələb edir: “Mətbuat vasitəsi ilə Beynəlxalq Bankın rəhbərliyinə müraciət edirəm ki, öz işçinizi müdafiə etməyin. Qanunun tərəfində olub, mənim köhnə kartımı və fotorobot tərəfindən çəkilmiş şəkilləri Ucar RPŞ-nin müstəntiqinə təqdim edin”.

Gülabatın Kərimova ölkə rəhbərliyindən də kömək istəyir: “Mən mətbuat vasitəsi ilə bir daha Prezident cənab İlham Əliyevə, millət vəkili Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanların rəhbərlərinə müraciət edib xahiş edirəm ki, bu cinayət faktını obyektiv araşdırıb ciddi tədbirlər görülməsinə göstəriş versinlər. Şəhid ruhuna hörmətsizlik edənlər ən ağır cəza ilə cəzalandırılmalıdır. İnanıram ki, bu cinayət faktı obyektiv araşdırılıb qanuni tədbir görüləcək”.

Beynəlxalq Bankın və eləcə də Ucar rayon filialının müdiri Tariyel Niftəliyevin də mövqeyini işıqlandırmağa hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.






Fikirlər