FES-in qərarı dolları BAHALAŞDIRMADI

Qlobal valyuta bazarı FES-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar:

“Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlarla bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin builki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FES-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.

Qeyd edək ki, FES dünən keçirdiyi son iclasında uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-ə qədər artırıb.






Fikirlər