Cavid Qurbanov: "Azərbaycan vacib marşrutların KƏSİŞMƏSİNDƏ YERLƏŞİR"

 Cavid Qurbanov: "Azərbaycan vacib marşrutların kəsişməsində yerləşir"

Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən işlər ölkənin tranzit imkanlarını daha səmərəli və geniş şəkildə istifadə etməyə imkan verir.
"AzerTaym.az"-ın bildirdiyinə görə,bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşkil olunmuş “Şərqlə Qərbin kəsişməsində: Yeni enerji və kommunikasiya imkanları” adlı konfransda deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın milli nəqliyyat sisteminin beynəlxalq sistemə inteqrasiyası üzrə işlər aparılır.
QSC sədri vurğulayıb ki, Azərbaycan vacib marşrutların kəsişməsində yerləşir və bu üstünlükdən səmərəli istifadə gərlirlərin artırılması üçün vacib mənbə ola bilər.

 






Fikirlər