Yanvarın 21-i iş günü olacaqmı?

Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağı sualını doğurub.

 "AzerTaym.azTrend-ə istinadən xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Buna görə də yanvarın 20-nin həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-si iş günü hesab ediləcək.

Qeyd edək ki, bu il 8 MartQadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı,  9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilməyəcək.

Bununla yanaşı, bu il 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınacaq.






Fikirlər

Şərh müəllifi: bbryan bbryan                 Tarix: 8 yanvar 2019 12:00                 [ Cavabla ]
replica gucci schoenen, een combinatie van elegante stijl en geavanceerde technologie, een verscheidenheid aan stijlen van replica heren gucci, de aanwijzer loopt tussen uw exclusieve smaakstijl.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi