Tərtərdə Qurban bayramı münasibəti ilə tədbir keçirilmişdir

Tərtər rayonunda Qurban bayramı münasibəti  ilə tədbir keçirilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri müqəddəs qurban bayramı münasibətilə təbrik etmiş, onlara can sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzulamışdır. Sonra Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov qurban kəsiləcək heyvanlara dua oxudu, dini adətimizə uyğun olaraq qurban mərasimi başladı.

Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara,  Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha, yatax xəstəsi və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə və hərbi hissələrə, ümumilikdə 7,0 tona yaxın qurban əti paylanmışdır.

 






Fikirlər