VERGİLƏR NAZİRİ 7 müşavirini işdən azad etdi

Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılıb.

 "Report" xəbər verir ki, müşavirlərin sayı 13-dən 6-ya endirilib.

 Məlumata görə, müşavirlərin 7-si işdən azad olunaraq Nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar. Bu, Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

 Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.

 AzerTaym.az






Fikirlər