Bakıda BU layihəyə 100 MİLYON xərclənəcək

Dünya Bankının Direktorlar Şurası 2017-ci ilin iyulun 18-də Azərbaycanın Abşeron yarımadasında göllərin təmizləmə və bərpası üzrə layihəni müzakirə edəcək.

 Trend xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında deyilib.

 Güman edilir ki, bu layihənin qiyməti 100 milyon dollar təşkil edəcək. Onlardan 85 milyonu Dünya Bankının qrupuna daxil olan Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının, 15 milyon dollar isə ölkə hökumətinin hesabına ödəniləcək.

 Layihə Bakının cənub-qərbində yerləşən Xocahəsən, Lökbatan, Qırmızı və Qu göllərini əhatə edəcək.

 






Fikirlər