Bayramdan sonra DİZEL yanacağı BAHALAŞA BİLƏR

Cari ilin yanvar-noyabr ayları ərzində neft məhsullarından dizel yanacağının istehsalı 20% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İstehsalın azalması qiymətlərə təsir edə bilərmi?

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dizel hasilatının azaldılması gələcəkdə qiymətlərin artırılmasına səbəb ola bilər:

“Dizel yanacağı ilə benzin arasındakı qiymət fərqi kifayət qədər yüksəkdir. Ona görə də, belə bir ehtimalın olması mümkün idi. Son statistik göstəricilər onu sübut edir ki, dizel yanacağının qiymətinin aşağı olması “Aİ-92” markalı benzinə marağı artırıb. Bu azalma ilin əvvəlində 7% idisə, ilin sonunda 20% olub. Nəticə onu göstərir ki, dizelin istehslına maraq azalır. Bu marağı artırmaq üçün gələcəkdə dizelin qiymətinin artırılması ilə bağlı addımların atılmasını görə bilərik. Ehtimal edirəm ki, yaxın həftələrdə, aylarda dizelin qiyməti ilə bağlı müəyyən qərarlar verilə bilər”.






Fikirlər