FED bu il ABŞ-da inflyasiyanın ARTACAGINI gözləyir
ABŞ-da mərkəzi bank funksiyasını icra edən Federal Ehtiyat Sistemi (FED) bu il ölkədə inflyasiyanın artacağını gözləyir. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin çərşənbə günü yanvar ayının yekunu üzrə keçirilən iclasdan sonra yaydığı məlumatda deyilir. FED-in proqnozlarına görə, onun nəzarət etməli olduğu inflyasiya bu il artacaq və orta müddətli perspektivdə komitənin 2 faizlik hədəf nöqtəsində stabilləşəcək.