“Manat 10 FAİZ möhkəmlənib” - SAMİR ŞƏRİFOV
Maliyyə naziri Samir Şərifov milli valyutanın məzənnəsinin möhkəmlənməsindən danışıb. “AzerTaym” xəbər verir ki, parlamentdə büdcə zərfinin müzakirəsi zamanı çıxış edən S. Şərifov qeyd edib ki, cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib. Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb. Həmçinin cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".