NEFTİN QİYMƏTİ 100 dollar olacaq

Image result for Neftin qiyməti 100 dollar olacaq

2019-cu ildə 1 barel neftin qiyməti 100 dollaradək yüksələ bilər.

AzerTaym.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu "Bank of America"nın ekspertləri proqnozlaşdırırlar.

Bankın ekspertləri hesab edirlər ki, hasilatın azaldılması haqqında OPEK+ sazişinin uzadılmasına və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə neftin qiyməti 100 dollaradək bahalaşa bilər. İranın neft bazarındakı qlobal təklifdə payı 4 % təşkil edir. Buna görə də İrana qarşı sanksiyalar bazarda "qara qızıl"ın azalmasına gətirib çıxara bilər.

Lakin "Goldman Sachs"ın analitikləri isə əmindirlər ki, neftin qiymətinin artması qısamüddətli olacaq. Onların sözlərinə görə, yayda "Brent" markalı 1 barel neftin qiyməti 82,5 dollaradak yüksələ bilər, lakin 2019-cu ildə neftin qiyməti yenidən ucuzlaşacaq.






Fikirlər