Ebru Gündeş və Rza Zərrab cütlüyü barədə SON təfərrüatlar...

Ebru Gündeş və Rza Zərrab cütlüyü barədə son təfərrüatlar...

 

Türkiyə məhkəməsi tanınmış müğənni Ebru Gündeşin zorla məhkəməyə gətirilməsi haqda qərar çıxarıb.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, müğənni və həyat yoldaşı Rza Zərrab Beykoz Kanlıcada, sahildə yerləşən tarixi villarda qanunsuz olaraq təmir işləri apamaqda ittiham olunurlar. Bildirilir ki, onlar villanın xaricində lift yerləşdirməklə “Mədəniyyət və təbiəti qoruma” haqqında olan qanunu pozublar. İddianamədə həmçinin da qeyd edilib ki, müğınni və həyat yoldaşı üçün bu işləri aparan Hakkı Süha Gökdəmir barəsində 6 aydan 3 ilədək həbs cəzası tələb edilib. 
Ebru Gündeşin vəkili məhkəməyə sənəd təqdim edərək müğənninin sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirib. Lakin məhkəmə vəkilin bu sənədini əsassız hesab edərək sənədi qəbul etməyib və müğənninin məcburi məhkəmə prosesinə cəlb edilməsi haqda qərar verib. Hakim bildirib ki, müğənnini məcburi olaraq məhkəmə gətirməkdə cavabdeh olan şəxslər bu işi yerinə yetirməsə onları da cəza gözləyir. 
Rza Zərrabın ABŞ-da həbsdə olduğunu nəzərə alan məhkəmə Türkiyə Ədliyyə Nazirliyinə məktub yazaraq onun hansı əyalətdə saxlanıldığı barədə dəqiq məlumat əldə edilməsini xahiş edib. Əldə ediləcək cavabın ardından isə Zərrabın da bu məsələ ilə bağlı ABŞ-da ifadəsi alınacaq. Məhkəmə prosesi hələlik noyabrın 25-dək ertələnib.
Xatırladaq ki, müğənni Ebru Gündeşin həyat yoldaşı, əslən Güney Azərbaycandan olan Rza Zərrab bu ilin mart ayının 19-da Mayamidə istirahət edərkən həbs edilib. O, fırıldaqçılıq, "çirkli pulların" yuyulması, İrana qoyulan embarqonu pozmaqda ittiham edilir və barəsində 75 illik həbs istənilib. Bu günlərdə isə barəsində aparılan məhkəmə prosesində onun təzminatla azadlığa çıxmaq tələbi rədd edilmişdi.






Fikirlər