Bakıda məhkəmənin qarşısında çılpaq etiraz - FOTOLAR,VİDEO

60cf9ef51f4d665175730901e8983d1b

Bakıda vətəndaş etiraz aksiyası keçirib. Musavat.com xəbər verir ki, vətəndaş Sənan İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçirib. O, hakimi Fikrət Qəribovun məhkəmə qərarına etiraz edib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatına görə, Bakıda cinayət hadisəsi törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı tutulub. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi “Vinçester” markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Təqsirləndirilən şəxd Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, V.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Dövlət ittihamçısı çıxışında V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

S.İsmayılov onu öldürməyə cəhd edən şəxsə az cəza verikdiyini, hakimin rüşvət alfığını iddia edir.






Fikirlər