Bir gündə 80 CİNAYƏT FAKTI - 52 nəfər SAXLANILDI

Daxili İşlər Naziliyi martın 26-dən 27-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 80 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

AzerTaym.az






Fikirlər