SON DƏQİQƏ! Ermənilər Qarabağa qayıdır?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ermənilərin Qarabağa qayıtması məsələsi ilə bağlı yerli ictimaiyyət üçün bədbin açıqlamalar verib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb. “Bizim hakimiyyət orqanlarımız 2020-ci il müharibəsindən sonra Qarabağ ermənilərinin orada yaşamağa davam etmələri və müəyyən hüquqlara malik olmaları üçün hər cür səy göstərdilər. Bu səylər yerli separatçı hakimiyyət (separatçı sözü əlavədir - red.) tərəfindən düzgün dəyərləndirilmədi. Qarabağa qayıtmaq məsələsi həm siyasətçilər, həm də media tərəfindən təkrarlanır. Mənə deyə bilərsinizmi ki, necə və hansı şərtlərlə qayıtmaq olar? Azərbaycan vətəndaşları kimi? Belə bir ehtimal var. Bəs məktəbdə erməni dilini öyrənən Azərbaycan vətəndaşları kimi necə? Belə bir fürsət də var idi. Sonra nə olacaq?”, - deyə Ararat Mirzoyan bildirib. Bununla bağlı danışıqlar olub-olmadığına Mirzoyan mənfi cavab verib. Onun sözlərinə görə, belə bir perspektiv Sofiyada görüşün baş tutmamasından sonra artıq aradan çıxıb. “İndi hər şeyin bitdiyi, Qarabağda erməninin qalmadığı bir vaxtda soruşursunuz ki, onlar necə qayıda bilər. Təəssüf ki, bu hissə haqqında yaxşı bir şey deyə bilmərəm. Hökumətimizin siyasəti Qarabağdan gələn soydaşlarımızın əsas ehtiyaclarını təmin etməkdir”, - deyə erməni nazir bildirib.