Müğənni ilə şoumenin pul davasına Mirşahinin adı QARIŞDI

Müğənni ilə şoumenin pul davasına Mirşahinin adı qarışdı

Samir Piriyev Kamran Həsənlidən nazirə şikayət etdi - 115 minlik qalmaqal böyüyür 

 

Müğənni Samir Piriyev şoumen Kamran Həsənlidən şikayət edib. S.Piriyev daxili işlər naziri Ramil Usubova müraciət edərək haqsızlıqla üzləşdiyini bildirib.  
Bu haqda musavat.com-a müğənninin hüquqşünası Ruslan Əhmədoğlu məlumat verib. Vəkil şikayətin bir nüsxəsini redaksiyaya təqdim edib. Həmin müraciətdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev haqda da iddialar var. 
Samir Piriyev daxili işlər nazirinə ünvanlandığı müraciətdə bildirib ki, şoumen Kamran Həsənli və bacısı Gülər Həsənli onun etibarından sui-istifadə edərək 115 min ABŞ dolları məbləğində pulunu Türkiyədə iş qurmaq adı ilə alıblar: “Onlar ölkədən bir manat vəsait çıxartmayıblar. Buna görə də mənə illərdir heç bir hesab nömrəsi və ya səhm təqdim edə bilmirlər. Bununla yanaşı, hətta özünün belə səhmlərini təsdiq edən heç bir sənəd təqdim olunmur. Mənim şikayətimdən sonra Nərimanov Rayon Prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi başlanıldı. İş Nərimanov Rayon RPİ istintaq şöbəsində olanda istintaqa çoxsaylı təzyiqlərdən sonra sizə müraciət etdim. Bundan sonra iş Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsinə verildi”. 
Müğənni bildirir ki, bu gün də istintaqa çox böyük təsir var: “Mən buna heç inanmaq istəmirəm. Lakin hansı məclisə qonaq dəvət edilirəm, orada mənə deyirlər ki, sən Kamran Həsənliyə heç nə edə bilməzsən. Çünki Kamranın ən yaxın dostu, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ilk gündən Bakı Şəhər Prokurorluğunda Kamran Həsənlini tapşırıb. Kamranın havadarları oradan bu işi nəzarətdə saxlayıblar. Mən inanmıram ki, Mirşahin belə bir addım atıb, dələduzu müdafiə edər. Ona görə də onu ittiham etmirəm! Lakin bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Kamran Həsənli yenidən ANS-də işə qayıdana qədər məndən aldığı pulu hissə-hissə qaytarırdı. 15 min dollarını pul şəklində, 20 min dolların əvəzində isə avtomobilini mənə vermişdi. 
Картинки по запросу mirşahin ağayev
ANS-ə işə düzələndən sonra bildirdi ki, get, nə bilirsən elə, əlin kimə çatırsa, şikayət et. Kamran Həsənlinin iki səs yazısını protokol qaydasında istintaqa təqdim eləmişəm və sözü gedən yazılarda o, borclu olduğunu etiraf edir və yalvararaq bildirir ki, evini satıb, pulumu qaytaracaq. Mənim vəkilim Ceyhun Yusifova daxil olan məlumatlara görə, Bakı Şəhər Prokurorluğunun idarə rəisi Mircavan müəllim Kamranın həmyerlisi və yaxın dostu olduğu üçün istintaqın gedişinə mane olur! İşi aparan müstəntiq Türkiyəyə mövcud olmayan səmhlərlə bağlı sorğu göndərib və cavabını gözləyir!”.  
Müğənni müraciətində daha sonra bildirir: “Cənab nazir! Təsəvvür edin ki, müstəntiq ortada bu qədər fakt və sübut ola-ola mövcud olmayan səhmlərlə bağlı sorğunu gözləyir və işin icraatını dayandırır. Cənab nazir, xahiş edirəm məni qəbul edəsiniz və bu dələduzluq işinin ört-basdır olunmasının qarşısını alasınız”. 

 






Fikirlər