İradə İsakın verilişi BAGLANDI

Tanınmış teleaparıcı İradə İsakın "Lider” TV-də yayımlanan "Tor” verilişi bağlanıb. İlkin məlumata görə, verilişin bağlanmasının səbəbi sponsorların layihəyə davam etmək istəməməsi olub.

Xanım aparıcı Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O sentyabrdan etibarən verilişin efirə çıxmayacağını bildirib:
"Bu veriliş onsuz da qısa müddətli nəzərdə tutulmuşdu”.
Sponsor yoxluğuna görə verilişə davam etməməsinə gəlincə, xanım aparıcı bunları deyib:
"Verilişin iki sponsoru vardı: Bilfa boyaları və StarLab Klinikası. Onsuz da sentyabrda davam etməyəcəkdik”.
İ.İsak qarşıdakı planları ilə bağlı konkret layihə üzərində dayanmadığını deyib:
"Hələ ki danışılanlar fikir olaraq qalır”.
Qeyd edək ki, bu il yanvarın 27-dən yayımlanan "Tor” hər həftənin cümə günü efirdə olurdu. İ.İsak buna qədər ANS-də yayımlanmış "Deməsək olmaz” verilişinə aparıcılıq edib.






Fikirlər