Kamran Həsənli: “Samir yalan deyir, o HƏBS OLUNMAYIB”

Samir Piriyevlə aramızda yaşanan qalmaqal sona çatdı. İstintaq nəticəsində Samir Piriyevin mənə şər-böhtan atdığı, dəfələrlə Türkiyədə olub, ortaq iş qurmağa çalışdığı üzə çıxdı”.

Bu sözləri musavat.com saytına açıqlamasında şoumen Kamran Həsənli deyib. O bildirib ki, məsələdə adı hallanan iş adamı paytaxta gəlib:
“Samir hər zaman onun pulunu mənimsədiyimi iddia edirdi. Lakin o bizimlə birlikdə Türkiyədə iş qurmaq, pay sahibi olmaq üçün bizə qoşuldu. Mediaya açıqlama veriblər ki, guya məsələdə adı hallanan iş adamı Ərhan Yılmaz həbs olunub. Bu yalandır. Ərhan bəy burada üzərimə şər atıldığını görüb Bakıya gəldi, ifadə verdi və geri döndü. O Samirlə də üzləşib. Samir “Quran” gətirib ki, Ərhan bəy əl bassın. O da deyib ki, Samir, birinci sən and iç ki, mənimlə görüşməmisən, mənə pul verməmisən və sənin pulundan qaytarmamışam. Samir yalandan and içə bilməyib və məsələ aydın olub. Ərhan bəy Türkiyədə iş qurmağa çalışdığımızı, lakin işin alınmadığını, obyektlər satılanda Samirin qalan pulunun veriləcəyini və mənim Samirə borclu olmadığını bildirib. O işdə mənim də pullarım batıb, 300 min dollar az pul deyil. Ərhan Yılmaz da milyonlar itirib. Ortaq iş qurmaq belə bir şeydir, qazanca da, itkiyə də ortaqsan. İndi biz nə edə bilərik ki, şirkət müflis oldu? Mən aylardır ki, susuram. Çünki isitntaqın sona çatmasını gözləyirəm. Qarşı tərəf isə dayanmadan danışır, mənə böhtanlar atır. Mən bir dəfə danışdım və susdum. Bilirdim ki, həqiqətlər üzə çıxacaq. Artıq Samirgil mənə şər ata bilməyəcək. çünki məsələ qanuni olaraq həll olunub”.

Qeyd edək ki, müğənni Samir Piriyev Kamran Həsənlinin 85 min manatını mənimsədiyini bildirirdi.

 






Fikirlər