“Maşın” savaşında QAYDA POZUNTUSU - Şounu kim TƏRK etdi? - FOTOLAR

“Maşın” savaşında QAYDA POZUNTUSU - Şounu kim tərk etdi?

“Xanımlar vs Cənablar” devizi ilə yayımlanan “Maşın” realiti şousunun ikinci günü də qalmaqalsız ötüşməyib.

Publika.az xəbər verir ki, qutuya ən çox səsi atılan şəxs müğənni Nazim Pişyari olsa da, onun əlini avtomobildən çəkdiyi ortaya çıxıb.

Yarışmadan uzaqlaşdırılan sənətçi studiyada göz yaşlarının yaranmasına səbəb olub. Qadın iştirakçılardan Mehriban Xanlarova, Ülviyyə Alovlu və digərləri onun gedişinə ağlayıb.

Daha sonra şouda bir ilk baş tutub. Belə ki, yarışma tarixində ilk dəfə olaraq canlı yayımda səsvermə keçirilib. Onda isə ən çox fotosu atılan şəxs Xalq artisti Arif Quliyev olub. O, ilkin olaraq hədəfinin olmadığını açıqlayıb.

Verilişdə qonaq olan Əməkdar artist Abbas Bağırovun iştirakçıları Arif Quliyevi qabağa verməklə ittiham etməsi ortalığı qarışdırıb. Qonağın fikrinə qarşı çıxan xanım iştirakçılar ona etiraz edib.

Meyxanaçı Vüqar Əbdülov isə Quliyevi hədəfini seçməməkdə günahlandırıb və onun təsir altında olduğunu bildirib. Sənətçi daha sonra Xalq artistinə qarşı yarışıb və “getsin”ə səs istəyib.

Müğənni Talıb Tale səsvermə zamanı bildirib ki, A.Quliyev iştirakçılardan çəkilişləri olduğu üçün getmək istədiyini və onun şəkilini atılmağını istəyib.

Səsvermənin sonunda “qalsın”a 58,64 faiz səs toplayan A.Quliyev göz yaşlarına boğulub:

“Həmişə istəmişəm hamının hər şeyi olsun, bir az da məndə olsun. Həyatımda heç kim məndən inciməyib”

Daha sonra Xalq artisti şoudan heç kimi kənarlaşdırmayıb.

Qeyd edək ki, “Maşın” realiti şousunun 15-ci mövsümündə yarışmada qalanlar Xalq artisti Arif Quliyev, Əməkdar artistlər Tünzalə Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Günel Ələkbərova, Rauf Əhmədov, Talıb Taleh, aparıcılar Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçılar Samirə Yusifqızı, Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu və aktyor İlkin Misgərlidir.

Realiti şou hər gün 22.15-də ATV-də yayımlanır.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi