Sənətkarın oğlu Rəşid Kazımov AzNews.az-a açıqlamasında bildirib ki, Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra hər il onun anım günü qeyd olunur:

Elə bir il yoxdur ki, biz Məhəbbət müəllimi yad etməyək. Həmişəki kimi yenə də qəbir üstəyik, onu yad edib, axşam da ehsan süfrəsi açacağıq. Məhəbbət müəllimi yad etmək istəyənlərə qapımız açıqdır. Məhəbbət Kazımova xalqın sevgisi böyükdür. Bu gün həyatda olmasa da, onu həmişə anan insanlar var. Bu günə kimi elə bir gün yoxdur ki, Məhəbbət müəllimin məzarı yad edilməsin. Onun qəbri həmişə ziyarət olunur, kimsə məzarına çiçək qoyur”.

Rəşid Kazımov bildirib ki, ailədə Məhəbbət Kazımovun davamçısı yoxdur:

Onun yolu ilə getmək, oxumaq istəyənlər çoxdur. Əksəriyyəti də onu təkrarlamaq istəyirlər. Oxuyurlar, amma inanmıram ki, Məhəbbət Kazımovun yolunu tutmaq kiməsə qismət olsun”.

Qeyd edək ki, əməkdar artist Məhəbbət Kazımov 2012-ci il yanvarın 27-də dünyasını dəyişib.