AYDIN XIRDALANLI Narkoloji Mərkəzdəki yanğından son anda XİLAS OLDU

Aydın Xırdalanlı Narkoloji Mərkəzdəki yanğından son anda xilas oldu

Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb.

Baku.ws-in əldə etdiyi məlumata görə, meyxanaçı həmin mərkəzdə müalicə olunurdu.

Ötən gün həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzindən çıxan meyxanaçı daha sonra həmin yerə qayıtmayıb.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.






Fikirlər