ATV-nin efirində GƏRGİN anlar: NÜŞABƏNİN QƏFLƏTƏN HALI PİSLƏŞDİ (Video)

ATV-nin efirində gərgin anlar: Nüşabənin qəflətən halı pisləşdi (VİDEO)

ATV kanalında yayımlanan "Bizimləsən" verlişinin canlı efirində gərginlik yaşanıb.

AzerTaym.az baku.ws-ə istinadən xəbər verir ki, verlişə qonaq gələn əməkdar artist Nüşabə Ələsgərlinin qəflətən halı pisləşib.
Nüşabə göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağlamağa başlayıb.
Gözü yaşlı sənətçi: "Anamın ölümündən sonra tez-tez belə oluram. Deyirəm, bəlkə mən də bacım kimi xərçəng xəstəsiyəm. Boğuluram, su da içə bilmirəm” - sözləri ilə hər kəsi qəm-güssəyə boğub. 
Verlişin aparıcısı Zaur Baxşəliyev sənətçinin əlindən tutaraq kulisə gedib. Orada Ələsgərli dərman içərək qisməndə olsa sakitləşə bilər.
Az keçmədən müğənninin halı yenidən pisləşib və təcili yardım çağrılıb. Həyat yoldaşı Rza bəy də xəbəri eşidib telekanala gəlib.







Fikirlər