ŞƏBNƏM TOVUZLUNUN HAMIDAN GİZLİ SAXLADIĞI BİZNESMEN HƏYAT YOLDAŞI -FOTO

Şəbnəm Tovuzlunun hamıdan gizli saxladığı biznesmen həyat yoldaşı – Hacı ləqəbli milyonçu – FOTO

Bakı Şəhər İcra Hakimiyyətində "tenderlər kralı" kimi tanınan Ramazan Mirzəyev…

Uzun müddətdir ki, ölkənin maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu (Əsədova) barəsində ilginc məlumatlar yayılıb.

İddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan "Məmmədoğullar" MMC-nin sahibi Ramazan Mirzəyevdir.

Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində "tenderlər kralı" kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi nədənsə məhz Ramazan Mirzəyevin şirkətləri olub. Bu tenderlər barəsində yerli mediada onlarla yazılar dərc edilib. Hacıbala Abutalıbovla Hacının ortaqlığı, milyonlarla gəliri olan tenderləri birlikdə idarə etmələri barəsində yetərincə yazılar yazılıb.

Bu böyük tenderlərdə qalib olub, milyonlar qazanan Ramazan Mirzəyevlə yeni iddialar isə onun Şəbnəm Tovuzlu ilə olan münasibəti ilə bağlıdır. Belə ki, məlumata görə, Ramazan Mirzəyev Şəbnəm Tovuzlu ilə qeyri-rəsmi həyat yaşayır. Mirzəyev özü rəsmən boşanmış olsa da, Tovuzlu ilə rəsmi ailə həyatı qurmayıb.

Onları bir-birinə qanunla tanınmayan dini nikah bağlayır. Bu münasibətdən onların Əli adında övladları da var. Ramazan Mirzəyev Şəbnəmə yetərincə pul xərcləyir. O, Ş.Əsədovaya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 min manat dəyəri olan avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.

Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və onunla dini kəbin kəsdirib. Məsələn, Ş.Tovuzlunun bu məsələ ilə bağlı verdiyi açıqlamalardan biri belədir:

"Sosial şəbəkədə yazırlar ki, "Şəbnəm xanım ailə dağıdır". Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insan da məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var"./minval
Şəbnəm Tovuzlunun hamıdan gizli saxladığı biznesmen həyat yoldaşı – Hacı ləqəbli milyonçu – FOTO






Fikirlər