Məşhur müğənninin villası ƏLİNDƏN ALINDI - Şok SƏBƏB/FOTO

Məşhur müğənninin villası ƏLİNDƏN ALINDI - Şok SƏBƏB/FOTO

Demet Akalın və əri Okan Kurtun Beykozda yerləşən 5 milyon dollarlıq 4 mərtəbəli villası müsadirə olunub.

Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, bir neçə saat əvvəl məhkəmənin qərarından sonra müsadirə əməliyyatına başlanılıb.

7 otaq, 2 zal və hovuzdan ibarət, təxminən 1,5 hektar ərazisi olan 4 mərtəbəli evin əşyaları qanuna uyğun olaraq götürülüb. Hadisə zamanı Akalın və qızı Hira Kurt evdə olmayıb. Müğənninin əri xəbəri eşidən kimi mənzilə yola düşüb.

Qeyd edək ki, Kurt ailəsinə aid olan “Martaş Lojistik” şirkətinin banklara 100 milyon dollar borclu olduğu, işçilərinin maaşlarını vermədiyi iddia olunmuşdu.






Fikirlər