Azərbaycanda mollalar əlbəyaxa oldular – VİDEO

Azərbaycanda mollalar əlbəyaxa oldular – VİDEOÖlüyə yasin oxumaq üstündə dava düşdü.

Azərbaycanın regionlarından birində "din xadimləri – mollaların" iştirakı ilə münaqişə baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə müvafiq video sosial şəbəkələrdə yerləşdirilib.

Bildirilir ki, mollalar arasında dava onların xidmət apardıqları qəbristanlıqda dəfn olunmuş şəxslərdən birinə yasin duası oxunması üstündə olub.

Mərhumun yaxınlarından kimin pul alacağını bölüşdürə bilməyən mollalar əlbəyaxa davaya keçiblər.
Videonu sosial şəbəkələrdə yerləşdirən istifadəçi hadisənin bu il baş verdiyini iddia edir.

Onu da qeyd edək ki, bu Azərbaycanda bu tipli dırnaqarası “din xadimləri” arasında ilk belə münaqişə deyil.







Fikirlər