Sərdar Ortaç evlənir

Sərdar Ortaç evlənirTürkiyənin məşhur müğənnisi Sərdar Ortaç evlilik tarxini açıqlayıb. Azertaym.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən günlərdə İrlandiyada nişanlanan ifaçı və illərdir birlikdə olduğu Chloe Loughnan may ayında Türkiyədə evlənməyi planlaşdırıblar.

Evlilik yoluna ilk addımlarını atan məşhur müğənni və irlandiyalı model ötən gün Dublindən İstanbula dönüb.

Nişan üzükləri taxılırkən çox həyəcanlı olduğunu bildirən Sərdar: “Hər şey çox gözəl idi. Artıq ciddi bir məsələyə addımladıq. Nişan İrlandiyada oldu, amma toy mərasimi Türkiyədə təşkil olunacaq”.

S.Ortaç eləcə də, yaxın günlərdə toy tarixini dəqiqləşdirəcələrini bildirib.






Fikirlər