Fikrət Qocadan Aybəniz Haşımovaya irad: "Gərək qızına..."

"O səs Türkiyə" mahnı yarışına qatılan, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva xalq şairi Fikrət Qocanın xətrinə dəyib. Belə ki, Aynişan həmin yarışda Fikrət Qocanın sözlərinə Polad Bülbüloğlunun bəstələdiyi "Gəl, ey səhər" mahnısını ifa edib. Lakin ifa zamanı efirdə əksini tapan titrdə bəstəkarın adı qeyd olunsa da, sözlərin müəllifi anonim göstərilib.

Azərtaym.az bildirir ki, bundan bərk inciyən Fikrət Qoca iradını publika.az vasitəsi ilə çatdırıb:
 
"Mahnı ifa olunarkən onun söz və musiqi müəllifi qeyd olunmalıdır. Bəstəkarın adını çəkib, şairin adını anonim kimi təqdim etmək etik baxımdan düzgün deyil. Ümumiyyətlə, hesab edirəm ki, mahnının düzgün təqdimatı - şair və bəstəkarın adının qeyd olunması mədəniyyət tələb edir. Əgər kimsə müəlliflərin adını çəkmirsə, bu, birmənalı olaraq, mədəniyyətdənkənar hal kimi qiymətləndirilir. O ki qaldı Aybənizin qızına, gərək anası onu başa salaydı. Bir səhv edib. Səhv etmək ayıb deyil, amma onu düzəltməmək ayıbdır".

 






Fikirlər