Zəlzələdə evsiz qalan qızı Bakıya gətirdi...

Zəlzələdə evsiz qalan qızı Bakıya gətirdi

Axşam.az xəbər verir ki, Nigar bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O bildirib ki, Burcu adlı qız hazırda Bakıda onun yanındadır:

"Orada vəziyyət düzələndə geri qayıdacaq. Xalam nəvəsi Türkiyədə təhsil alır. Tələbələrin qaldığı yurdu boşaltdılar, oraya zəlzələdə zərərçəkənlər yerləşdirildi. Burcu evlərinə qayıda bilmədi. Çünki valideynləri olan yerdə hər şey dağılıb, yollar bağlıdır. Valideynləri çadırda yaşayır. Burcu istəyirdi, ora gedib, yaralılara yardım etsin, amma alınmadı. Xalam nəvəsi dedi ki, Burcu tək qalıb, valideynlərinin yanına gedə bilmir. Mən də boynuma götürdüm, gətirdim Azərbaycana. Evimin qapısı hamıya açıqdır. Gəlməklərini də, evimdə qalmaqlarını da boynuma götürə bilərəm. Nə vaxt hər şey düzələcək, qızı evinə geri göndərəcəyəm".






Fikirlər