Nazpəri: "Televiziya rəhbərləri, bunu diqqətlə oxuyun! Belə olmayacaq!” - CAĞIRIŞ

Nazpəri: "Televiziya rəhbərləri, bunu diqqətlə oxuyun! Belə olmayacaq!” - CAĞIRIŞ  
Xalq artisti Nazpəri Dostəliyeva efir qadağası ilə bağlı etirazını bildirib
Gecce.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə çağırış edib: 

“Məni sevən, sənətimə, mədəniyyətimə dəyər verən hər kəsə səslənirəm! Dahi lider Heydər Əlirza oğlu Əliyevin imzaladığı Əməkdar artist, cənab prezidentimiz İlham Əliyevin imzaladığı Xalq artisti şərəfinə layiq olan bir sənətkarın efirlərə buraxılmaması nə dərəcədə düzgündür? Mən sənətə gəldiyim gündən Azərbaycanın adını başqa dövlətlərdə yüksəklərə qaldıran bir xanım olmuşam! Heç vaxt adıma, sənətimə, vətənimə, Prezidentimə xələl gətirməmişəm. Bununla qürur duyuram. Televiziya rəhbərləri, bunu diqqətlə oxuyun! Belə olmayacaq!”.

Xatırladaq ki, xalq artisti ANS kanalı xaric olmaqla, digər televiziyaların ona qadağa qoyduğunu açıqlamışdı.

 






Fikirlər