Nura Suridən giley dolu status

 

nura-suri
Müğənni Nura Suri feysbuk səhifəsində mövcud sosial vəziyyətdən narazılıq ifadə edən status paylaşıb.
Müğənni yazıb ki, daha heç bir tədbirə qarşılığı ödənilmədən getməyəcək. Çünki Vergilər Nazirliyinə hansısa tədbirdə iştiraka görə pul almadıqlarını sübut edə bilmirlər.
“Dostlar, heç kəs inciməsin, bizdən. Bundan sonra pulsuz tədbirlərə gəlib, oxuya bilməyəcəyik. Toy, ad günü, tədbir və s. fərqi yoxdur. Çünki vergiyə sübut edə bilməyəcəyik ki, dost tədbirinə pulsuz gəlmişik. Xeyriyyə konsertlərinə də qorxa-qorxa gedirik. Qəribə zəmanədə yaşayırıq. Robotlaşma gedir insanlarda. Bir sözə, xahişə iş həll etmək qeyri-mümkün olub. Bir-birimizin evinə zəngsiz getmirik artıq… Utanırıq ki, masaya yemək, çay qoyulacaq. Birdən imkanı çatmaz. Bundan sonra toylara və ad günlərinə yalnız yaxın adamları dəvət edəcəyik. Dostlara belə qıymayacağıq, hədiyyəni. Allah özü kömək olsun! Nə bilim, vallah… Çox söz yazmaq istəyirəm, amma nə dəyişəcək?”, müğənni yazıb.






Fikirlər