KƏRİM MEHRİBAN XANLAROVANIN qalmaqallı FOTOSUNU paylaşdı

Kərim Mehriban Xanlarovanın qalmaqallı fotosunu paylaşdıMüğənni Kərim Abbasov İnstaqramda küsülü olduğu əməkdar artist Mehriban Xanlarovanın açıq-saçıq fotosunu paylaşıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi aktrisanın ünvanına bunları yazıb:


“Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr istəyirəm.  Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirlərə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar düşür". 

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.






Fikirlər