“İLHAMƏ QULİYEVA məni də dəfələrlə şərləmək istəyib” - Aygün

““İlhamə Quliyeva məni də dəfələrlə şərləmək istəyib” - Aygün Xalq artisti Aygün Kazımova həmkarı İlhamə Quliyevanın keçmiş köməkçisi, Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın Primadonna ilə bağlı irəli sürdüyü ittihamlara münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, A. Kazımova “İnstagram” hesabında xalq artisti tərəfindən şərləndiyini bildirib:

“Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”.

Xatırladaq ki, M. Hüseynovanın “Yeni Müsavat”a göndərdiyi məktubda şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açılır:

“İlhamə Quliyevanın sifarişi ilə həbs olunmuşam. Məni onu öldürmək və mülkinə sahib olmaqla təqsirləndirir. Bu əslində belə deyil. Məni yanında işləməyə özü dəvət etdi, dedi ki, heç kəsi yanıma buraxmıram, hamını qovmuşam yanımdan. Səni soruşub öyrənmişəm, gəl mənimlə işlə. Məni yalan vədləri ilə işə götürən İ.Quliyeva heç bir ay keçmədi məni hədələdi, yanından elə-belə gedə bilməyəcəyimi dedi. Mən artıq məcburən onun yanında qul kimi işləməli oldum.O, mənimlə heç bir əmək müqaviləsi bağlamadan məni istismar etməyə başladı.

Xoşuna gəlməyən hər kəsi şantaj edərək bahalı zinət əşyaları və ya pul almayınca heç kəsin yaxasını buraxmır. Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi. Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Efirlərlə və internet saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Hər kəs ondan qorxurdu, elə mən özüm də. Hər kəsə dövlət rəhbərlərinin yaxın dostu olduğunu söyləyir və onun tez-tez telefonla əlaqə saxladığını deyirdi. Kimə hirsli olurdusa “4 nömrə ilə prezidentimə zəng edəcəyəm” deməklə hədələyirdi. Bir necə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi. Özünü hamıdan və bütün xanımlardan üstün və birinci hesab edirdi”.

“İlhamə Quliyeva məni də dəfələrlə şərləmək istəyib” - Aygün

(Azərtaym.az)






Fikirlər