Onlar məşhurlaşmadan öncə bu işlərdə çalışırmışlar FOTOLAR

Onlar məşhurlaşmadan öncə bu işlərdə çalışırmışlar FOTOLARTürkiyənin məşhur ulduzları tanınmadan öncə pul qazanmaq məqsədi ilə bir çox işlərdə çalışıblar.
  AzerTaym.az milliyet.com-a istinadən verdiyi xəbərə görə, ən çox gəlirli müğənnilər arasında olan Hadisə bu günlərə asan gəlmədiyini, kiçik yaşlarında ailəsinə kömək etmək üçün marketdə, çörək sexində çalışdığını və bunu etiraf etməkdən əsla utanmadığını deyib. 
 
 
 
“Kiralık aşk” serialında Nəriman xarakterini canlandıran aktrisa Nergis Kumbasar əvvəllər modellik, Defneni canlandıran Elçin Sangu isə musiqiçilik edib. 
 
 
Türkiyənin məşhur komediya ustası Cem Yılmaz stand-up şoularından öncə karikaturaçılıqla məşğul olub. 
 
 
Müğənni Muazzez Ersoy alver etməklə ailəsini dolandırıb.
 
 
“Yaprak dökümü”ndə oynadığı Leyla xarakteri ilə tanınan Fahriye Evcen verilişlərdə tamaşaçı qismində oturaraq pul qazanıb. 
 
 
Müğənnilikdən əlavə, iri biznes müəssələrinin sahibi olan, türk musiqisinin kralı İbrahim Tatlıses inşaatda fəhləlik edib. 
 
 
Şoumen Beyazit Öztürk efir fəaliyyətinə başlamadan əvvəl radioda aparıcılıq edib. 
 
 
Müğənni Deniz Seki kosmetoloq işləyib. 
 
 
 
Atasını kiçik yaşlarında itirən müğənni Çelik ailəsini dolandırmaq məqsədi ilə bazarda limon satıb. 
 
 
“Hızlı ve öfkeli” filmi ilə tanınan aktrisa Gina Caranonun əsl sənəti idmançıdır. 
 
 
Hollivudun ən çox pul qazanan aktrisası Jennifer Aniston ofisiant işləyib.  
 
 
Cazibədar müğənni Jennifer Lopez rəqs və musiqi dərslərinin pulunu ödəmək üçün hüquq məsləhətxanasında çalışıb.
 
 
Məşhur müğənni Mariah Carey isə ilk əmək haqqını gözəllik salonunu süpürərək qazanıb. 
 
 
Əfsanəvi müğənni Elvis Presley kamaz sürücüsü olub.
 
 
Tanınmış aktyor Brad Pitt toyuq kostümü geyinərək çalışdığı kafeyə müştəriləri cəlb edib.
 
 
Müğənni Tina Turner gündüzlər doğum evində tibb bacısı kimi, axşamlar isə ucuz klublarda səhnəyə çıxmaqla pul qazanıb.  
 
 
Tanınmış ulduz Madonna isə kafedə kassirlik edib.
 
 






Fikirlər