Hansı muğamla hansı xəstəliyi sağaltmaq olar? - MARAQLI

Orta əsr filosofları musiqi, tibb, astronomiya üçlüyünün sintezində, onların yaratdığı vahid harmoniyada musiqi ilə müalicənin üsullarını hər zaman çatdırmağa həvəsli olublar.

Sufi  mütəsəvvifləri isə: musiqi mərifət sahibləri üçün ruhun qidası olduğu və insanın kamilləşməsi mövqeyindən islami zəmində  özünə daha böyük dəyər qazanmışdır” deyərək , bu ilahi sənətin zirvəsini göstəriblər. Bu düşüncə çərçivəsində Mövləvilik başda olmaqla bir çox təsəvvüf cərəyanları musiqidən xüsusi təlim kimi istifadə edib,  hətta dəyərli musiqi əsərlərinin yaranmasına səbəb olublar.

Osmanlı imperiyası dönəmində yetişən musiqi xadimləri və nəzəriyyəçiləri Səfiyyəddin  Urməvi  və Əbdülqadir Marağayi türk musiqisi və  muğamlarının  insan temperamentləri, millətlər,  rənglər, bürclər, təqvimlər və bəzi xəstəliklər üzərindəki təsirləri istiqamətində təsnif etmişdilər. Türk musiqi nəzəriyyələrinin əks olunduğu “ədvar “ kitablarında da musiqinin tiblə əlaqəsi və onun vasitəsilə müalicə üsullarından bəhs olunur.  Məsələn, Sultan Süleymanın  dövründə saray həkimi Musa Hamun ona həsr  etdiyi diş xəstəliklərinin müalicəsi aid əsərində bu xəstəliklərin musiqi ilə müalicəsini,  həmçinin, uşaqların axşamlar muisiqi ilə yatırılmasıını bunun da öz növbəsində onların əxlaqının formalaşmasında əsas ünsürlərdən biri olduğundan  bəhs  edib. Bundan başqa şair-həkim olan Həsən Şüuri   “Tədilül  Əmzicə” adlı əsərinin “Musiqi məqamı”  fəslində səslə müalicə mövzusunu çox gözəl işləmişdir.    
İslam mədəniyyət tarixində musiqi ilə müalicə olunan şəfa ocaqlarının sayı çox olub.  Onlardan bir neçəsi ilə tanış olaq: Nurəddin Zəngi xəstaxanası (Şam 1154), Amasya bimarxanasi (1308), Gövhər Nəsibə Tibbi Mədrəsəsi,
Muğamların(təsnif, şöbə, rənglərin)   insanla qarşılıqlı əlaqəsi
Muğamların bürc qarşılıqları:
Rast: Qoç,  ünsür - atəş
İraq : buğa, ünsür- torpaq.
İsfahan : əkizlər, ünsür- hava
Zərəfkənd: xərçəng, ünsür- atəş
Rahab: tərəzi, ünsür- atəş
Hicaz : oxatan, torpaq 
Üşşaq: balıq, ünsür - su.
Musiqi ilə astronomiya elmləri arasındakı qarşılıqlı əlaqədən bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri)   bürclərlə muğamların  uyğunluq məsələsinə də toxunublar. Onlar bəzi bürclərlə muğamların eyni təbiətə malik olmasını da vurğulayıblar.
Muğamların (şöbələrin, təsniflərin ) xəstəliklərlə əlaqələndirilməsi.
Rast: iflic xəstəliklərinin sağalmasına şərait yaradır
İraq : yüksək hərarətə, sətəlcəm və titrəmə
İsfahan:  soyuqdəymə, halsızlıq, yaddaşın gücləndirilməsi.
Rahab: baş ağrıları, ürək çırpıntıları və qan azlığı (eləcə də digər qan xəstəlikləri) ;  
Hüseyni (Mənsiriyyə): ürək və ciyərdə olan iltihabların,  mədə problemləri;
Hicaz :  bağırsaq xəstəlikləri, ağrı və sancıların müalicəsində işə yarayır.
Üşşaq: yuxusuzluq və ayaq ağrılarının müalicəsində xeyirlidir.

 






Fikirlər