Əməkdar artist GİZLİNLƏRİ AÇDI: “Özümü öldürəcəm”

“Sovetin vaxtında əlim pulla oynayırdı. Heç bir aktyor mənim qədər qazanmayıb. Dublyaja gedirdim, tamaşalarda oynayırdım, nağıllar yazırdım, yaxşı pul qazanırdım. Heyf o günlərdən…”

 Publika.az-a danışan Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev nostalji duyğulara qapılıb: “Vaxtilə Novruz bayramlarında yanımda kosa apardığım aktyorlar indi məni bəyənmir. Çünki çoxdan özlərini tutublar. Fəxri adları da var, mükafatlar da alırlar. Amma mən hələ də maaşa baxıram. Sağlıqlarına qismət olsun, heç birinin pulunda gözüm yoxdur. Sadəcə olaraq, bir aktyor kimi çox şeyə təəssüflənib, pis oluram. O vaxt mən də dəvəti qəbul edib Rusiya Teatrlarında işləsəydim, əlim yenə də pulla oynayardı. Anam dedi getsən, özümü öldürəcəm. Ondan keçə bilmədim. Bu qədər əziyyətin qarşılığında gözlərimin nurunu da itirdim. İki addımlığı seçə bilmirəm”.

 






Fikirlər