Zəlimxan Yaqubun vəfatının il dönümü qeyd olunub -FOTOLAR

Xalq şairi Zəlimxan Yaqubun ölümündən 1 il ötür. Bununla bağlı hazırda fəxri xiyabanda anım mərasimi keçirilir. 

AzerTaym.az Musavat.com-a istinadən xəbər verir ki, şairin məzarı başında onun ailə üzvləri, şairlər, yazarlar, deputatlar və xalq şairini sevənlər toplaşıb. Tədbirdə şairlə bağlı fikirlər səslənir, xatirələr yada salınır. 

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.

     

 






Fikirlər