Murad Dadaşov ölkədə "partlayış" EDƏCƏK - VİDEO

Murad Dadaşov ölkədə

Murad Dadaşovun rəhbəri olduğu "M Group Production"nın çəkdiyi "Bayram axşamı" filminin növbəti treyleri yayımlanıb.

Publika.az xəbər verir ki, məşhur teleaparıcı və şoumen layihə rəhbəri olduğu filmin treylerini Oksana Rəsulova sosial şəbəkədə paylaşıb. O, paylaşdığı videoda "Nəhayət ki, ölkədə böyük partlayış edəcək komediyanın treyleri çıxdı. Mən başda Murad Dadaşov olmaqla bu işdə lap kiçik zəhməti olan hər kəsi ürəkdən təbrik edirəm. Xeyirli uğurlu olsun!”, - deyə qeyd edib.
Filmin rejissoru Məmmədov Toğrul, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri İsmayıl Bağırovdur.
Qeyd edək ki, film Novruz Bayramı ərəfəsində fevralın 16-da təqdim olunacaq. Komediya filmində Xalq artisti, aktrisa Firəngiz Mütəllimova, Əməkdar artist Murad Dadaşov, İslam Mehrəliyev, rəqqasə Oksana Rəsulova, repçilər Qurd (Fərid Eminov) və Elşad Xose, aparıcı Bernardo Xose rol alıb.

 .

 






Fikirlər