Azərbaycanlı məşhur Prezident Sarayında birinci xanımla görüşdü - FOTOLAR

Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşkil etdiyi ziyafətdə olub.

"AzerTaym.az"qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident Sarayında təşkil olunan məclisdə iş xanımları, sənətçilər, idmançılar bir araya gəlib.
Ziyafətdə  tək azərbaycanlı kimi M. Abbasova iştirak edib. Aktrisa birinci xanımla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.
O, Əminə Ərdoğanla xeyli söhbət etdiyi vurğulayıb:
“Həm TRT 1-də yayımlanan “Sevda kuşun kanadında” serialından, həm də teatrdakı faəliyyətimizdən söhbət etdik. 
O, teatrda canlandırdığım “İblis” tamaşasına gələcəyini dedi. Gözəl dəvətə görə Əminə Ərdoğana təşəkkür edirəm”.
 






Fikirlər