Türkiyədə Mübariz İbrahimov haqda film çəkildi - VİDEO

Türkiyə və Azərbaycan rejissorların birgə əməyi sayəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı film hazırlanıb.

Modern.az xəbər verir ki. filmdə Mübariz İbrahimovun keçdiyi döyüş yolu əks olunub. 
Film 2018-ci ildə Türkiyənin kinoteatrlarında nümayiş olunacaq. Qeyd edək ki, filmdə qəhərmanımızın 2010-cu ilin 18 iyun tarixində gecə saat 23:30 radələrində təkbaşına Azərbaycan və Ermənistan arasındakı bir kilometrlik minalanmış sahəni keçməsi, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv etməsi, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşməsi, bunun nəticəsində düşməni ağır itkilərə məruz qoyması, onların zəif cinahlarını üzə çıxarması və döyüşçümüzün səhər saatlarında qeyri-bərabər döyüşdə böyük rəşadətlər göstərərək qəhrəmancasına şəhid olması səhnələri yer alıb. 
Filmdən kadrları təqdim edirik:
 AzerTaym.az 
 






Fikirlər