Elzadan Tacirə CAVAB: “Həmin insan yaltaq olmaq üzrə dahidir” - QALMAQAL

Elzadan Tacirə CAVAB: “Həmin insan yaltaq olmaq üzrə dahidir” - QALMAQAL

Əməkdar artist Elza Seyidcahan həmkarı Tacir Şahmalıoğlunun onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.

Publika.az-a açıqlama verən ifaçı fikirlərini belə izah edib:

Mənə elə adamlar dahi deyib ki, Tacir bunu başa düşməz. Onunla sadəcə bir neçə verilişlərdə qarşılaşmışıq. O, bəstəkar olsaydı, dahiliyimə qiymət verərdi, amma bəstəkar deyil. Mən dahilər məktəbində dərs almışam. Həmişə demişəm ki, dahinin yaşı olmur. Hamını dahi hesab edirəm. Öz yolunu, istiqamətini düzgün seçən, insanlara insan olaraq dəyər verməyi bacaran hər kəs dahidir. Dahiliyin standart bir çərçivəsi yoxdur. Elə adamlar var, görürsən kiməsə maddi vəziyyətinə görə yaxınlıq edir, onlara gözəl xitablar edir. Halbuki bu, onun içindən gəlmir. Deməli, həmin insan ikiüzlü, yaltaq olmaq üzrə dahidir. Gəlin, biz yaxşı əməllərimizə, sənətimizə görə dahi olaq”.

Qeyd edək ki, T.Şahmalıoğlu müğənni haqqında “Show time” verilişində: "Hər yerindən duran sənətkar və dahi ola bilməz. Əgər siz dediyiniz kimi Elza Seyidcahan özünə dahi deyirsə, onda dahilərə nə deyək? Elza Seyidcahan mənim yanımda dahi olduğunu desə, eyni sözləri ona da deyərəm. Hələ ki, bunu mənim yanımda etiraf eləməyib. Bəlkə də mənim yanımda demirlər. Yəqin, çəkinirlər" sözlərini demişdi.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi